Deputat şahidi olduğu "konyak diplomatiyası"ndan yazdı

14.01.2019 20:25
111
Deputat şahidi olduğu "konyak diplomatiyası"ndan yazdı

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, "Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi". Bununla bağlı şahidi olduğum bir hadisəni söyləmək istəyirəm".


Ekspress.az xəbər verir ki, bunu özünün feysbuk hesabında deputat Aydın Mirzəzadə yazıb.


"Təqribən 10-15 il əvvəl Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqaz ölkələrinin əhatə olunduğu beynəlxaql tədbirdə iştirak edirdim. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər.

İkigünlük tədbirin sonunda Gürcüstan tərəfi iştirakçılar üçün ziyafət təşkil etdi. Ziyafətin sonuna yaxın Ermənistan nümayəndələri hər kəsə bir Ermənistan konyakı bağışlamağa başladılar.

Azərbaycan tərəfi onlardan hədiyyə almamaq üçün ziyafətin sonunu gözləmədən hotelə getdi", - deyə deputat yazıb.

  • SON XƏBƏR
  • TREND