Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

19.11.2018 15:50
222
Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm - Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. Ekspress.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionları əhatə edəcək.


Eyni zamanda, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin edilib.


Vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.Yeni büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.

 


Açar sözlər: