Konqoda Ebola virusundan öləndlərin sayı 1100 nəfəri ötüb

11.05.2019 17:15
96
Konqoda Ebola virusundan öləndlərin sayı 1100 nəfəri ötüb

Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından bəri Ebola virusu səbəbindən 1100 nəfərdən çox insan həyatını itirib.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. “2019-cu il mayın 10-na olan məlumata görə, ölkədə Ebola virusuna 1649 yoluxma halı qeydə alınıb və onlardan 1561-i təsdiqini tapıb. Virusun törətdiyi xəstəlikdən 1105 nəfər həyatını itirib, 444 nəfər isə müalicə olunub”, - deyə məlumatda bildirilir.


Yoluxucu Ebola virusu insanlarda və bəzi heyvan növlərində rast gəlinən kəskin infeksiya xəstəliyinə səbəb olur (Azərtac). 2015-ci ildə Qərbi Afrikanın əsasən üç ölkəsində - Qvineya, Serra-Leone və Liberiyada tüğyan edən virus 13 min insanın həyatına son qoymuşdu.


Konqo Demokratik Respublikasında hazırkı Ebola epidemiyası 2018-ci ilin iyul ayında başlayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND