Soy­daş­la­rı­mız Qa­za­xıs­tan­da 37 di­as­por təş­ki­la­tı ya­ra­dıb

18.12.2018 19:44
905
Soy­daş­la­rı­mız Qa­za­xıs­tan­da 37 di­as­por təş­ki­la­tı ya­ra­dıb

Xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın sıx təş­ki­lat­lan­dı­ğı öl­kə­lər­dən bi­ri də Qa­za­xıs­tan­dır. Bu­ra­da 90 min azər­bay­can­lı ya­şa­yır və on­la­rın 37 di­as­por təş­ki­la­tı var.

Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən, Qa­za­xıs­tan­da möv­cud olan vi­la­yət­lə­rin ək­sə­riy­yə­tin­də di­as­por təş­ki­lat­la­rı tə­sis edi­lib. Da­ha çox di­as­por təş­ki­la­tı Al­ma­tı vi­la­yə­tin­də­dir. Bu­ra­da 12 təş­ki­lat ya­ra­dı­lıb. Al­ma­tı vi­la­yə­tin­dən baş­qa da­ha 9 re­gi­on­da di­as­por təş­ki­lat­la­rı ya­ra­dı­lıb.


Or­ta Asi­ya­nın apa­rı­cı döv­lət­lə­rin­dən olan Qa­za­xıs­tan­la Azər­bay­ca­nın ta­ri­xi əla­qə­lə­ri or­ta əsr­lə­rə ge­dib çı­xır. Bö­yük "İpək yo­lu" döv­lət­lə­ri olan Qa­za­xıs­tan və Azər­bay­can ara­sın­da əla­qə­lər ti­ca­ri və mə­də­ni əsas­lar­la in­ki­şaf edib. Ha­zır­da təq­ri­bi sa­yı 90 min gos­tə­ri­lən Qa­za­xıs­tan azər­bay­can­lı­la­rı­nın bu öl­kə­də di­as­por for­ma­laş­dır­ma­sı XX əs­rin 60-cı il­lə­rin­dən son­ra­kı döv­rə tə­sa­düf edir. 1920-ci il­lər­də So­vet­lər Bir­li­yin­də baş­la­nan si­ya­si rep­res­si­ya­la­rın ən ağır zər­bə­si Azər­bay­ca­na dəy­di. Bu­nun nə­ti­cə­sin­də azər­bay­can­lı­la­rın çox his­sə­si Or­ta Asi­ya, Si­bir ki­mi yer­lə­rə sür­gün edi­lir­di­lər. Be­lə azər­bay­can­lı­la­rın təq­ri­bən 120 min nə­fə­ri Qa­za­xıs­ta­na sür­gün olun­du. İlk sür­gün edi­lən soy­daş­la­rı­mız Can­bul, Cim­kənd və Al­ma­tı vi­la­yət­lə­rin­də məs­kun­laş­dı. Bu pro­ses­dən son­ra 40-50-ci il­lər­də da­vam edən rep­res­si­ya pro­se­si azər­bay­can­lı­la­rın bu­ra kö­çü­rül­mə­si ilə nə­ti­cə­lən­di. On­lar, əsa­sən, Gür­cüs­tan və Azər­bay­ca­nın di­gər böl­gə­lə­rin­dən olan de­por­tant­lar idi­lər. 1956-1960-cı il­lər­də isə on beş mi­nə ya­xın azər­bay­can­lı Qa­za­xıs­ta­nın xam tor­pa­ğı­nın mün­bit­ləş­di­ril­mə­si­nə kö­mək üçün bu­ra­ya köç­dü.


Ko­mi­tə­nin mə­lu­ma­tı­na əsa­sən, Azər­bay­can di­as­po­ru mə­də­ni və ic­ti­mai fəa­liy­yət­lə məş­ğul olur. Hü­quq, iq­ti­sa­diy­yat, ic­ti­mai iş­lər, tex­ni­ki, el­mi və di­gər sa­hə­lər­də ça­lı­şan soy­daş­la­rı­mı­zın mü­əy­yən hi­sə­si öz pe­şə­si üz­rə xey­li qa­ba­ğa ge­də­rək, mü­hüm və­zi­fə­lər tu­tub­lar. Qa­za­xıs­tan azər­bay­can­lı­la­rı­nın çox his­sə­si Və­tə­nə gə­lə­rək, bu­ra­da ai­lə hə­ya­tı qur­ma­ğa üs­tün­lük ve­rir. Qa­zax və rus­lar­la qa­rı­şıq ni­ka­ha gi­rən bə­zi soy­daş­la­rı­mız isə ai­lə­lə­rin­də azər­bay­can­lı ənə­nə­lə­ri­ni təb­liğ edir­lər. Azər­bay­can təş­ki­lat­la­rı Pre­zi­dent Nur­sul­tan Na­zar­ba­ye­vin rəh­bər­lik et­di­yi Qa­za­xıs­tan Xalq­la­rı As­samb­le­ya­sı­na da­xil­di­lər. Qa­za­xıs­tan­da in­san­la­rın mil­li, di­ni, ir­qi zə­min­də hec bir prob­le­mi yox­dur. Bu öl­kə­də ba­ca­rı­ğı sa­yə­sin­də yük­sək pil­lə­də qə­rar tut­muş çox­lu azər­bay­can­lı­lar, vi­la­yət və şə­hər de­pu­tat­la­rı var. Cu şə­hə­ri­nin me­ri də azər­bay­can­lı Ni­za­mi Məm­mə­dov olub. Ümu­miy­yət­lə, döv­lət struk­tur­la­rın­da azər­bay­can­lı­lar təm­sil edi­lir­lər. Və­kil­lər, alim­lər ara­sın­da da xey­li soy­da­şı­mız var. Döv­lət Du­ma­sın­da hü­quq muü­ət­tiş­li­yi­nin rəh­bə­ri də azər­bay­can­lı pro­fes­sor Mir­bə­şir Əli­yev­dir. Da­xi­li İş­lər Na­zir­li­yi sis­te­min­də, hər­bi sa­hə­də, ver­gi or­qan­la­rın­da yük­sək rüt­bə da­şı­yan çox­lu həm­və­tə­ni­miz fəa­liy­yət gös­tə­rir. 1990-cı il­lər­dən Ak­tyu­binsk vi­la­yə­tin­də "Bir­lik", As­ta­na şə­hə­rin­də "Xə­zər", Ka­ra­qan­da vi­la­yə­tin­də "Ka­mus", Pov­la­dar vi­la­yə­tin­də "Və­tən" və s. Azər­bay­can mə­də­niy­yət mər­kəz­lə­ri fəa­liy­yət gös­tə­rir. "Nə­si­mi" Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi Cam­bul vi­la­yə­ti­nin Cu ra­yo­nu­nun Ye­ni yol - No­vıy­put kən­din­də ya­ra­dı­lıbr. Qa­za­xıs­tan azər­bay­can­lı­la­rı­nın iq­ti­sa­di və si­ya­si cə­hət­dən ən bö­yük təş­ki­la­tı 1997-ci il­dən fəa­liy­yə­tə baş­la­yan "Tu­ran" Mə­də­niy­yət Mər­kə­zi­dir. 1993-cu ilin ma­yın­da Qa­za­xıs­tan Əd­liy­yə Na­zir­li­yin­də qey­diy­yat­dan ke­çən "Tu­ran" ic­ti­mai-mə­də­ni fəa­liy­yət­lə məş­ğul olur. Mər­kə­zin rəh­bər­li­yi­lə Al­ma­tı­da "Ozan" şə­hər Mə­də­niy­yət Cə­miy­yə­ti tə­sis olu­nub və bu­nun ar­dın­ca di­gər vi­la­yət­lər­də pro­ses da­vam edib. Türk xalq­la­rı­nın bir­li­yi, mə­də­ni təd­bir­lər, Qa­za­xıs­tan-Azər­bay­can iki­tə­rəf­li əla­qə­lə­ri­nin in­ki­şaf et­mə­si və s. is­ti­qa­mət­lər­də fə­al iş apa­ran "Tu­ran" Mə­də­niy­yət Mər­kə­zi­nin ana­lo­qu olan Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan və Öz­bə­kis­tan­da­kı Azər­bay­can ic­ti­mai-mə­də­ni cə­miy­yət­lə­ri­nin konq­re­si "Tu­ran"ın mis­si­ya­sı da­ha ge­niş və fəa­liy­yə­ti bö­yük­dür. "Tu­ran" konq­re­si­nin or­qa­nı olan "Və­tən" qə­ze­ti qey­diy­yat­dan ke­çib. Qə­zet Azər­bay­can, qa­zax və rus dil­lə­rin­də çap olu­nur. Bu öl­kə­də, ey­ni za­man­da, "Tu­ran Eks­press" ad­lı qə­zet­də dərc edi­lir. Ha­zır­da As­ta­na, Al­ma­tı, Tal­dı­kur­qan, Qa­ra­qan­da şə­hər­lə­rin­də Azər­bay­can di­lin­də "Ba­zar gü­nü" mək­təb­lə­ri fəa­liy­yət gös­tə­rir. Xo­ca Əh­məd Yə­sə­vi adı­na Tür­küs­tan Uni­ver­si­te­tin­də azər­bay­can­lı­la­ra hər il 10 yer ve­ri­lib. Al­ma­tı­da ilk Azər­bay­can məs­ci­di də fəa­liy­yə­tə baş­la­yıb. Məs­ci­din ti­kin­ti­si­nə 70 min ABŞ dol­la­rı həc­min­də və­sai­tin top­lan­ma­sın­da Qa­za­xıs­tan­da ya­şa­yan azər­bay­can­lı zi­ya­lı­lar, elm xa­dim­lə­ri, konq­res üzv­lə­ri, elə­cə də qa­zax­la­rın öz­lə­ri də yar­dım­çı olub­lar.


Qa­za­xıs­tan­da ya­şa­yan soy­daş­la­rı­mız fəa­liy­yə­ti­nə da­ir son mə­lu­mat­lar da soy­daş­la­rı­mı­zın ak­tiv ol­du­ğu­nu təs­diq­lə­yir. Qa­za­xıs­ta­nın Al­ma­tı şə­hə­rin­də Əl-Fa­ra­bi adı­na Qa­za­xıs­tan Mil­li Uni­ver­si­te­ti­nin Azər­bay­can mə­də­niy­yə­ti və ta­ri­xi mər­kə­zin­də 9 No­yabr - Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Bay­ra­ğı Gü­nü mü­na­si­bə­ti­lə təd­bir ke­çi­ri­lib.


Təd­bir Qa­za­xıs­tan Mil­li Uni­ver­si­te­ti­nin Azər­bay­can mə­də­niy­yə­ti və ta­ri­xi mər­kə­zi­nin, Azər­bay­can sə­fir­li­yi­nin və ta­nın­mış zi­ya­lı Na­si­xa Ken­ci­na­nın bir­gə təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tub.

Döv­lət Bay­ra­ğı Gü­nü­nə həsr olu­nan təd­bir­də Qa­za­xıs­tan Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı­nın səd­ri Əbül­fəz Xa­me­dov, Qa­za­xıs­tan Xalq­lar As­so­sia­si­ya­sı­nın üz­vü, qa­zax di­li üz­rə ta­nın­mış azər­bay­can­lı fi­lo­loq Əs­li Os­man, yer­li və xa­ri­ci qo­naq­lar, ta­nın­mış elm adam­la­rı, zi­ya­lı­lar və tə­lə­bə­lər iş­ti­rak edib.


Mə­ra­sim­də çı­xış edən­lər üç­rəng­li bay­ra­ğı­mı­zın ta­ri­xin­dən, onun əhə­miy­yə­tin­dən da­nı­şa­raq, xalq­la­rı­mız ara­sın­da dost­luq və qar­daş­lıq mü­na­si­bət­lə­ri­nin ta­ri­xi kök­lə­rə söy­kən­di­yi vur­ğu­la­nıb.

Təd­bir Ba­kı Me­dia Mər­kə­zi­nin pre­zi­den­ti Ar­zu Əli­ye­va­nın baş pro­dü­se­ri ol­du­ğu "Əbə­di eza­miy­yət" sə­nəd­li fil­mi­nin nü­ma­yi­şi ilə da­vam et­di­ri­lib.


Ye­ri gəl­miş­kən, bil­di­rək ki, Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sın­da xid­mət­lə­ri ol­muş, Qa­za­xıs­tan­da­kı Azər­bay­can Mə­də­niy­yət Mər­kəz­lə­ri Bir­li­yi­nin rəh­bə­ri, gör­kəm­li zi­ya­lı Vi­da­di Ko­roğ­lu oğ­lu Sa­la­hov ok­tyab­rın 14-də və­fat edib.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin rəh­bər­li­yi və kol­lek­ti­vi ola­raq mər­hu­mun ai­lə üz­və­ri­nə və ya­xın­la­rı­na, elə­cə də, Qa­za­xıs­tan­da­kı Azər­bay­can ic­ma­sı­nın üzv­lə­ri­nə baş­sağ­lı­ğı ve­rib.


Qeyd edək ki, Vi­da­di Ko­roğ­lu oğ­lu Sa­la­hov 1957-ci il de­kab­rın 31-də Kəl­bə­cər ra­yo­nu­nun Bağ­lı­pə­yə kən­din­də ana­dan olub. 1978-1983-cu il­lər­də Vo­ro­nej Döv­lət Uni­ver­si­te­tin­də təh­sil alıb. O, 1983-1993-cü il­lər­də Qa­zaxs­ta­nın müx­tə­lif or­ta mək­təb­lə­rin­də ta­rix mü­əl­li­mi iş­lə­yib, 1994-1997-ci il­lər­də müx­bir ki­mi fəa­liy­yət gös­tə­rib. 2004-cü il­dən "Tu­ran-eks­press" qə­ze­ti­nin baş re­dak­to­ru olub. Ta­rix üz­rə fəl­sə­fə dok­to­ru olan V.Sa­la­hov Bey­nəl­xalq Eko­lo­gi­ya və Ener­ge­ti­ka Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü idi.

V.K.Sa­la­ho­vun Qa­za­xıs­tan­da Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sın­da xü­su­si xid­mət­lə­ri olub. O, 2011-ci il iyu­lun 4-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nin Sə­rən­ca­mı ilə xalq­lar ara­sın­da dost­lu­ğun moh­kəm­lən­di­ril­mə­si və Azər­bay­can di­as­po­ru­nun in­ki­şa­fı sa­hə­sin­də­ki xid­mət­lə­ri­nə go­rə "Tə­rəq­qi" me­da­lı ilə təl­tif olu­nub. V.Sa­la­hov Qa­za­xıs­tan döv­lə­ti tə­rə­fin­dən də müx­tə­lif mü­ka­fat­lar­la təl­tif edi­lib.


Qa­za­xıs­tan­da azər­bay­can­lı­la­rın fəa­liy­yə­ti­nin ge­niş­lən­mə­si həm də bir türk­dil­li öl­kə ilə əla­qə­lə­rin in­ki­şaf et­mə­si ba­xı­mın­dan əhə­miy­yət­li­dir. Əla­qə­lə­rin in­ki­şa­fın­da türk­dil­li di­as­po­ra qu­rum­la­rı­nın əmək­daş­lı­ğı­nın da bö­yük ro­lu var. No­yabr­da An­ka­ra­da Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na (TDƏŞ) üzv döv­lət­lə­rin di­as­por mə­sə­lə­lə­ri­nə mə­sul döv­lət qu­rum­la­rı­nın və təş­ki­lat rəh­bər­lə­ri­nin 3-cü ic­la­sı ke­çi­ri­lib. İc­las­da öl­kə­mi­zi Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti təm­sil edib.


TDƏŞ Baş ka­ti­bi Bağ­dad Am­re­yev ic­la­sın gün­də­li­yin­də olan mə­sə­lə­lər ba­rə­də ümu­mi mə­lu­mat ve­rib. İc­las­da türk­dil­li di­as­por­la­rın ha­zır­kı və­ziy­yə­ti­nin və şu­ra­ya üzv döv­lət­lə­rin di­as­por qu­rum­la­rı ara­sın­da güc­lü ko­or­di­na­si­ya və əmək­daş­lıq im­kan­la­rı, Türk Şu­ra­sı­nın "Türk Şu­ra­sı Türk­dil­li Di­as­por­la­rın Bir­gə Fəa­liy­yət Stra­te­gi­ya­sı" və "2018-2019-cu il­lər üz­rə türk­dil­li di­as­por­la­rın bir­gə fəa­liy­yət pla­nı"nın qə­bul edil­mə­si, Türk Şu­ra­sı­nın II Di­as­por Fo­ru­mu­nun ke­çi­ril­mə­si, Türk­dil­li Di­as­por­la­rın At­la­sı­nın ha­zır­lan­ma­sı, Türk Şu­ra­sı­nın di­as­por mə­sə­lə­lə­ri­nə mə­sul döv­lət qu­rum­la­rı­nın və təş­ki­lat rəh­bər­lə­ri­nin növ­bə­ti gö­rü­şü­nün vax­tı və ye­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si və di­gər mə­sə­lə­lər ət­ra­fın­da ge­niş mü­za­kir­lər apa­rı­lıb.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov ic­las­da çı­xış edə­rək, Türk dün­ya­sı­nın bir­li­yi ide­ya­sı­nın yü­zil­lər­dən bə­ri möv­cud ol­sa da, yal­nız XX əsr­də bu ide­ya­nın re­al­laş­ma­sı is­ti­qa­mə­tin­də konk­ret ad­dım­la­rın atıl­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Bu mə­na­da türk dün­ya­sı­nın iki bö­yük li­de­ri­nin - Mus­ta­fa Ka­mal Ata­türk və Hey­dər Əli­ye­vin xid­mət­lə­ri­ni vur­ğu­la­ya­raq "Azər­bay­ca­nın se­vin­ci se­vin­ci­miz, kə­də­ri kə­də­ri­miz­dir" və "Biz bir mil­lət, iki döv­lə­tik" kə­lam­la­rı bu bö­yük şəx­siy­yət­lə­rin türk dün­ya­sı­nın bir­li­yi­nə nə qə­dər bö­yük önəm ver­di­yi­ni bil­di­rib.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ola­raq hər ad­dım­da soy­daş­la­rı­mı­zın ya­nın­da güc­lü və müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin ol­du­ğu­nu gös­tər­mə­yə ça­lı­şı­rıq de­yən Döv­lət Ko­mi­tə­si­nin səd­ri qeyd edib ki, türk­dil­li di­as­por­la­rın bir­gə fəa­liy­yə­ti da­ha uğur­lu və sə­mə­rə­li ola bi­lər.

F.Mu­ra­dov qeyd edib ki, bir ne­çə də­fə Ba­kı­da, An­ka­ra­da TDƏŞ-ə üzv Döv­lət­lə­rin Di­as­por Mə­sə­lə­lə­ri­nə Ca­vab­deh Döv­lət Qu­rum­la­rı­nın Rəh­bər­lə­ri­nin Top­lan­tı­la­rı ke­çi­ril­miş, türk­dil­li döv­lət­lə­rin di­as­por­la­rı­nın bir­gə fəa­liy­yə­ti­nin ye­kun­la­rı və gə­lə­cək pers­pek­tiv­lə­ri ilə bağ­lı mü­za­ki­rə­lər apa­rıl­mış­dır. Ey­ni za­man­da, Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv olan Tür­ki­yə, Azər­bay­can, Qa­za­xıs­tan və Qır­ğı­zıs­tan ara­sın­da "Türk­dil­li öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı­nın or­taq fəa­liy­yət stra­te­gi­ya­sı"nın qə­bul edil­di­yi­ni xa­tır­la­da­raq, Öz­bə­kis­ta­nın da Türk şu­ra­sı­na üzv ol­ma­sıy­la bu bir­li­yi da­ha da güc­lən­di­rə­cə­yi­ni qeyd edib.


Fu­ad Mu­ra­dov Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv döv­lət­lə­rin di­as­por­la iş üz­rə na­zir­lik və qu­rum rəh­bər­lə­ri­nin 3-cü ic­la­sın­da im­za­la­na­caq "Türk Şu­ra­sı Türk­dil­li Di­as­por­la­rın Bir­gə Fəa­liy­yət Stra­te­gi­ya­sı" və "2018-2019-cu il­lər üz­rə türk­dil­li di­as­por­la­rın bir­gə fəa­liy­yət pla­nı"ın Türk dün­ya­sı­nın bir­li­yi­nə, qar­şı­lıq­lı əla­qə­lə­rin in­ki­şa­fı­na ye­ni məz­mun ve­rə­cə­yi­ni, di­as­por təş­ki­lat­la­rın bir­gə fəa­liy­yə­ti­nin əsas prin­sip və is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən edə­cə­yi­ni bil­di­rib.

Tür­ki­yə­nin Mə­də­niy­yət və Tu­rizm Na­zi­ri Meh­met Nu­ri Er­soy, Qa­za­xıs­ta­nın So­si­al İn­ki­şaf na­zi­ri Dar­xan Ka­le­ta­yev, Tür­ki­yə Res­pub­li­ka­sı­nın Xa­ric­də Ya­şa­yan Türk­lər və Əq­ra­ba İc­ma­lar İda­rə­si­nin rəh­bə­ri Ab­dul­lah Eren və di­gər­lə­ri çı­xış edə­rək top­lan­tı­nın və bu­ra­da qə­bul edi­lə­cək qə­rar­la­rın əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb­lar.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND