Əfqanıstanda partlayışda ölənlər və yaralılar var - FOTO - YENİLƏNİB



03.09.2019 09:26
64
Əfqanıstanda partlayışda ölənlər və yaralılar var  - FOTO - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 16-ya çatıb.


Ekspress.az xəbər verir ki, hadisə zamanı təxminən 100 nəfər yaralanıb.


Qeyd edilir ki, partlayış yaşayış kvartalı, hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Belə ki, partlayıcı maddə ilə dolu avtomobil partladılıb. 

Hücuma görə məsuliyyəti "Taliban"hərəkatı üzərinə götürüb.


***


Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışdaonlarla insan xəsarət alıb.


Ekspress.az xəbər verir ki, bu barədə "Tolonews" məlumat yayıb.

Qeyd edilir ki, hadisə hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub, daha 74 nəfər yaralanıb.

Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.


Hücuma görə məsuliyyəti "Taliban"hərəkatı üzərinə götürüb. Telekanal bildirib ki, hadisədən sonra ərazidə atışma səsləri eşidilib. (report)

eşidilib. 



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND