Qadınları lüt göstərən PROQRAM ÇIXDI - Yeni detallar


30.06.2019 21:21
799
Qadınları lüt göstərən PROQRAM ÇIXDI - Yeni detallar

Xəbər verdiyimiz kimi qadınları geyimsiz göstərən proqram yaradılıb.


Ekspress.az xəbər verir ki, Windows və Linux tətbiqi tərəfindən mart ayında yaradılan "Deep Nude" adlı proqram süni zəka istifadə edərək geyimli qadınları geyimsiz formasını yaradır.


Tətbiqi yükləmək pulsuz olsa da, nəticələri paylaşmaq üçün 50 dollar ödəmək lazımdır. Tətbiqi yaradan Alberto adlı şəxs Vice News-a verdiyi açıqlamada bildirib ki, "DeepNude" Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış qara və ağ şəkilləri rəngli fotoşəkillərə çevirən Pix2Pix alqoritminə əsaslanır.


Tətbiqi 10 min lüt qadın fotosu ilə yaratdığını qeyd edən şəxs tətbiqin kişilər üçün versiyasını da hazırlayacağını deyib (sputnik).


"Mən rentgençi deyiləm. Bir texnologiya həvəskarlyam. Alqoritmi inkişaf etdirməyi davam etdirəcəyəm. Son zamanlar iqtisadi problemlərlə əlaqədar bu proqramı yaratmışam", - deyə o bildirib.


Ekspress.az