Akrobatlarımız Dünya Kubokunda 2 «gümüş» qazanıb

19.11.2018 12:10
251
Akrobatlarımız Dünya Kubokunda 2 «gümüş» qazanıb

Bir gün öncə Milli Gimnastika Arenasında idman gimnastikasının akrobatika növü üzrə Dünya Kuboku yarışına start verilib. Turnirə ev sahibliyi edən Azərbaycan təmsilçiləri həm kişilərin qoşa yarışında, həm də qarışıq qoşa yarışda uğurla çıxış edərək gümüş medal qazanıblar.


Kişilərin qoşa yarışında Murad Əkbərov\Seymur Cəfərov cütlüyü, qarışıq qoşa yarışda isə Abdulla Əl-Meşeyxi\Ruhidil Qurbanlı dueti fərqlənib. Təəssüflər olsun ki, digər təmsilçilərimiz - Nurcan Cabbarlı və Ağasif Rəhimov cütlüyü finala çıxsa da, mükafatçılar sırasında yer ala bilməyib. Bu cütlüyümüz çıxışını 6-cı pillədə başa vurub.


Xatırladaq ki, sözügedən turnirdə ev sahibi Azərbaycanla yanaşı, Belarus, Rusiya, İzrail, Ukrayna, Qazaxıstan və Hindistandan olan gimnastlar mübarizə aparıblar. Reqlamentə əsasən ən yüksək bal toplayıb qalib adını qazananlara ənənəvi «AGF Trophy» kuboku verilib.