Di­as­por döv­lə­tin xa­ri­ci si­ya­sə­ti­nin əsas hə­də­fi ki­mi

01.08.2018 11:50
356
Di­as­por döv­lə­tin xa­ri­ci si­ya­sə­ti­nin əsas hə­də­fi ki­mi

"Res­pub­li­ka­mı­zın qar­şı­sın­da du­ran əsas və­zi­fə­lər­dən bi­ri Azər­bay­ca­nın mə­na­fe­yi­ni dün­ya miq­ya­sın­da mü­da­fiə edə bi­lən ağıl­lı, sə­riş­tə­li xa­ri­ci si­ya­sə­tin ye­ri­dil­mə­si­dir. Qar­şı­da bö­yük və­zi­fə­lər du­rur. Bi­zim xa­ri­ci si­ya­sə­ti­miz bi­rin­ci növ­bə­də Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­ni tə­min et­mə­yə yö­nəl­dil­mə­li­dir".


Ulu ön­dər Hey­dər Əli­yev


Azər­bay­can Res­pub­li­ka­sı­nın xa­ri­ci si­ya­sə­ti onun si­ya­si ira­də­si­nin gös­tə­ri­ci­si ol­maq­la ya­na­şı, ey­ni za­man­da bey­nəl­xalq mü­na­si­bət­lər sis­te­min­də möv­qe­lə­ri­nin mü­əy­yən edil­mə­si­ni və möh­kəm­lən­mə­si­ni, re­gio­nal və bey­nəl­xalq prob­lem­lə­rin bir­gə səy­lər­lə ara­dan qal­dı­rıl­ma­sı­nı və s. nə­zər­də tu­tur.

Xa­ri­ci si­ya­sə­tin düz­gün mü­əy­yən­ləş­di­ril­mə­si Azər­bay­can üçün həm ötən dövr­lər­də, həm də in­di müs­təs­na əhə­miy­yə­tə ma­lik­dir. Be­lə ki, öl­kə­miz öz mil­li ma­raq­la­rı­nı, re­gi­on­da apa­rı­cı döv­lət sta­tu­su­nu qo­ru­maq­la ya­na­şı, Qərb, is­lam öl­kə­lə­ri, türk dün­ya­sı və Müs­tə­qil Döv­lət­lər Bir­li­yi­nin si­ya­si iq­ti­sa­di-mə­də­ni mə­kan­la­rı ilə qar­şı­lıq­lı fay­da­lı mü­na­si­bət­lər qu­rur, bey­nəl­xalq əmək­daş­lı­ğı və bə­ra­bər­hü­quq­lu tə­rəf­daş­lıq əla­qə­lə­ri­ni ge­niş­lən­di­rir.


Eks­pert­lər bil­di­rir­lər ki, Azər­bay­can re­gio­nun na­dir öl­kə­lə­rin­dən bi­ri­dir ki, çə­tin geo­si­ya­si mü­hit­də müs­tə­qil xa­ri­ci si­ya­sət yü­rü­dür. Bu is­ti­qa­mət­də əsas diq­qət Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün və su­ve­ren­li­yi­nin tez­lik­lə bər­pa edil­mə­si, qon­şu döv­lət­lər­lə meh­ri­ban və qar­şı­lıq­lı su­rət­də fay­da­lı mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si, re­gi­on­da sa­bit­li­yin və təh­lü­kə­siz­li­yin güc­lən­di­ril­mə­si, Xə­zər də­ni­zi höv­zə­si­nin de­mi­li­ta­ri­za­si­ya­sı, Av­ro­pa və Tran­sat­lan­tik struk­tur­la­rı­na in­teq­ra­si­ya mə­sə­lə­lə­ri­nə və s. yö­nəl­di­lib. Bun­dan baş­qa, Azər­bay­can bey­nəl­xalq əla­qə­lər sis­te­mi­nə cəlb olu­nan bü­tün döv­lət­lə­rə mü­na­si­bət­də on­la­rın əra­zi bö­yük­lü­yü, hər­bi gü­cü və iq­ti­sa­di po­ten­sia­lın­dan ası­lı ol­ma­ya­raq, döv­lət­lə­rin su­ve­ren bə­ra­bər­li­yi prin­si­pi­nə əsas­la­nan praq­ma­tik xa­ri­ci si­ya­sət hə­ya­ta ke­çi­rir. Şəf­faf­lıq və ön­cə­dən mü­əy­yən­ləş­dir­mə Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti­ni sə­ciy­yə­lən­di­rən əsas xü­su­siy­yət­lər­dir. Azər­bay­can bü­tün öl­kə­lər­lə dost­luq və qar­şı­lıq­lı sə­mə­rə­li iki­tə­rəf­li və çox­tə­rəf­li əla­qə­lə­ri­ni in­ki­şaf et­dir­mək­lə öz re­gio­nun­da və onun sər­həd­lə­rin­dən kə­nar­da sülh için­də bir­gə ya­şa­ma və meh­ri­ban qon­şu­lu­ğu təş­viq edir ("sam.az").


Pre­zi­dent İl­ham Əli­ye­vin qeyd et­di­yi ki­mi, xa­ri­ci si­ya­sə­ti­miz da­xi­li si­ya­sə­ti­mi­zin da­va­mı­dır: "Bu gün Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti prin­si­pi­al­lı­ğı və müs­tə­qil­li­yi ilə se­çi­lir. Bu­nun əsas sə­bə­bi, əl­bət­tə ki, güc­lü si­ya­si ira­də­nin möv­cud­lu­ğu­dur. Çün­ki güc­lü si­ya­si ira­də ol­ma­sa, heç bir öl­kə müs­tə­qil si­ya­sət apa­ra bil­məz. Bu si­ya­si ira­də var­dır. Bu si­ya­si ira­də özü­nü həm da­xi­li, həm xa­ri­ci si­ya­sət mə­sə­lə­lə­rin­də gös­tər­miş­dir".


1991-ci il­də ikin­ci də­fə müs­tə­qil­lik əl­də edən Azər­bay­can döv­lə­ti di­gər sa­hə­lər ki­mi di­as­por sa­hə­si­nə də diq­qə­ti ar­tı­rıb, bu is­ti­qa­mət­də mü­hüm qə­rar­lar qə­bul edi­lib və döv­lət sə­viy­yə­sin­də məq­səd­yön­lü ad­dım­lar atı­lıb. "Di­as­por və Lob­bi" Araş­dır­ma­lar Mər­kə­zi­nin rəh­bə­ri Za­ur Əli­yev qeyd edir ki, Azər­bay­can döv­lə­ti ya­ran­dı­ğı ilk gün­dən eti­ba­rən tək­cə res­pub­li­ka və­tən­daş­la­rı­nın de­yil, ümu­miy­yət­lə, bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın ye­ga­nə mil­li var­lıq sim­vo­lu, on­la­rın mil­li qü­rur mən­bə­yi və eti­bar­lı is­ti­nad mər­kə­zi, hi­ma­yə­da­rı və mil­li-si­ya­si möv­cud­luq üsu­lu ki­mi çı­xış edir: "Tə­sa­dü­fi de­yil ki, döv­lə­ti­miz dün­ya azər­bay­can­lı­la­rı­nın ümum­mil­li mə­nə­vi bir­li­yi və həm­rəy­li­yi ide­ya­sı­nın əsas stra­te­ji mər­kəz­lər­dən bi­ri ki­mi gö­tü­rül­dü­yü­nü, bu cür həm­rəy­li­yin döv­lə­ti­mi­zin və xal­qı­mı­zın ən ali məq­səd­lə­rin­dən bi­ri ol­du­ğu­nu rəs­mən bə­yan edib. An­caq Azər­bay­can döv­lə­ti­nin öz mil­li kim­li­yi­ni qo­ru­yub sax­la­ma­sı və bu gün dün­ya bir­li­yin­də la­yiq­li yer tut­ma­sı üçün müt­ləq ye­rit­di­yi xa­ri­ci si­ya­sət kon­sep­si­ya­sı­na di­as­por­la bağ­lı mü­na­si­bət­də re­dak­tə­lər edil­mə­li­dir. Di­as­por-lob­bi si­ya­sə­ti­nin ma­hiy­yə­ti bu­ra­da­kı in­san­la­rın so­si­al si­fa­riş­lə­ri­nə si­ya­si dəs­tə­yi qa­zan­maq bu is­ti­qa­mət­də təş­ki­lat­la­na­raq ey­ni za­man­da mən­sub ol­duq­la­rı mil­lə­tin döv­lə­ti­nə xa­ric­də xid­mət et­mək ki­mi qə­bul olu­nur. Müa­sir dövr­də, qlo­bal­la­şan dün­ya­da pro­fes­sio­nal sə­viy­yə­də ha­zır­la­nan xa­ri­ci si­ya­sət kon­sep­si­ya­sı hər bir döv­lə­tin xa­ri­ci si­ya­sət kur­su­nun sə­mə­rə­li­li­yi­nə tə­sir gös­tə­rən əsas və va­cib amil­dir. Di­as­por təş­ki­lat­lan­ma­la­rı­nı hə­ya­ta ke­çir­mək üçün döv­lət­lə­rin ro­lu da­ha cəz­be­di­ci gö­rü­nür. Bu­ra­da döv­lət xa­ri­ci si­ya­sə­ti­ni sis­tem­li şə­kil­də hə­min öl­kə­lər­də­ki di­as­por qu­rum­la­rı ilə hə­ya­ta ke­çi­rir, yal­nız mad­di və mə­nə­vi dəs­tə­yi da­im ikin­ci plan­da sax­la­yır. Bey­nəl­xalq si­ya­sə­tin tər­kib his­sə­si ki­mi di­as­por təş­ki­lat­la­rı­nın ro­lu əvə­ze­dil­məz­dir. Tə­səv­vür edin ki, Azər­bay­ca­nın hər han­sı bir xa­ri­ci öl­kə­də­ki di­as­por qu­ru­mu hə­min öl­kə­nin ali qa­nun­ve­ri­ci or­qan­la­rı ilə sıx əla­qə­də­dir və ey­ni za­man­da bu or­qan­da po­ten­si­al ba­za­ya ma­lik­dir. Be­lə ol­du­ğu təq­dir­də di­as­por möv­cud im­kan­la­rı­nı or­ta­ya qo­ya­raq hə­min öl­kə ilə Azər­bay­ca­nın iq­ti­sa­di si­ya­sə­ti­ni əla­qə­lən­di­rir. Bu­ra­da mən­tiq­lə əsas hə­dəf odur ki, iq­ti­sa­di ba­xım­dan sis­tem­li şə­kil­də qar­şı­lıq­lı fəa­liy­yət gös­tə­rən döv­lət­lər is­tər is­tə­məz xa­ri­ci si­ya­sət­də bir-bir­lə­ri­nin ma­raq­la­rı­nı nə­zə­rə alır və bu si­ya­sə­ti dai­ma kor­rek­tə edir. Di­as­por təş­ki­lat­la­rı­nın baş­qa güc­lü tə­rə­fi isə re­gio­nal əla­qə­lə­rin qu­rul­ma­sı­na na­il olun­ma­sı­dır. Qeyd et­di­yi­miz ki­mi, hər bir di­as­por öz döv­lə­ti ilə, ya­şa­dı­ğı öl­kə ara­sın­da fay­da­lı dost­luq və əmək­daş­lıq mü­na­si­bət­lə­ri­nin qu­rul­ma­sın­da və möv­cud mü­na­si­bət­lə­ri­nin ge­niş­lən­di­ril­mə­sin­də po­zi­tiv, bə­zən isə müs­təs­na rol oy­na­ya, sti­mul ki­mi çı­xış edə, elə­cə də ana və­tən­lə­ri­nin so­si­al-iq­ti­sa­di, mə­də­ni və hü­qu­qi-si­ya­si qu­ru­cu­luq işin­də ya­xın­dan iş­ti­rak edə bi­lər" ("olay­lar.az").


Ümu­miy­yət­lə, Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­lə bağ­lı müx­tə­lif rəy­lər möv­cud­dur. Bə­zi­lə­ri di­as­po­run fəa­liy­yə­ti­nin qə­na­ət­bəxş he­sab et­sə də, di­gər bir qi­sim isə həd­dən ar­tıq aşa­ğı sə­viy­yə­də ol­du­ğu fik­rin­də­dir.


"Azər­bay­ca­nın di­as­por təş­ki­lat­la­rı fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­lər­də si­ya­si qüv­və­yə çev­ril­mə­li, ak­tiv­li­yi­ni da­ha da ar­tır­ma­lı­dır" fik­ri­ni irə­li sü­rən Türk­dil­li Xalq­lar­la Slav­yan Xalq­la­rı ara­sın­da Əmək­daş­lıq Fon­du­nun pre­zi­den­ti Mir­ka­zım Se­yi­dov qeyd edir ki, di­as­por elə bir sa­hə­dir ki, mən bu­nu Azər­bay­can döv­lə­ti­nin xa­ri­ci si­ya­sə­ti­nin ana qo­lu ad­lan­dı­rar­dım: "Tə­bii ki, hər han­sı bir döv­lə­tin qüd­rə­ti­nin dün­ya sə­viy­yə­sin­də gö­rün­mə­sin­də onun tək­cə xa­ri­ci dip­lo­ma­ti­ya­sı de­yil, həm də di­as­po­ru müs­təs­na rol oy­na­yır. Di­as­por elə bir va­cib sa­hə­dir ki, döv­lət­lə­rin güc­lən­mə­sin­də, bey­nəl­xalq nü­fu­zu­nun for­ma­laş­ma­sın­da əsas ye­ri tu­tur. Tə­sa­dü­fi de­yil ki, həm ulu ön­də­ri­miz, həm də möh­tə­rəm Pre­zi­den­ti­miz hə­mi­şə bu sa­hə­ni xü­su­si diq­qət­də sax­la­yıb. Məhz on­la­rın əmə­yi nə­ti­cə­sin­də bu gün xa­ric­də Azər­bay­can di­as­po­ra­sı for­ma­la­şıb. De­mək ol­maz ki, bu gün di­as­por fəa­liy­yə­ti­miz aşa­ğı sə­viy­yə­də­dir. Qı­sa müd­dət­də bö­yük iş­lər gö­rü­lüb, di­as­por ar­tıq for­ma­la­şıb. Am­ma tə­əs­süf­lər ol­sun ki, biz hə­lə­lik si­ya­si qüv­və­yə çev­ri­lə bil­mə­mi­şik. Ru­si­ya­da möv­cud olan di­as­por­lar­dan, de­yək ki, er­mə­ni di­as­po­ru, yə­hu­di di­as­po­ru, uk­ray­na­lı­la­rın di­as­po­ru, ta­tar­la­rın di­as­po­ru çox bö­yük qüv­və­dir. Bu­na gö­rə də, yer­li ha­ki­miy­yət or­qan­la­rı ata­ca­ğı ad­dım­lar­da on­lar­la he­sab­la­şır, məs­lə­hət­lə­şir. Am­ma tə­əs­süf­lər ol­sun ki, biz öz di­as­por işi­mi­zi bu sə­viy­yə­də qu­ra bil­mə­mi­şik, bi­zi si­ya­si qüv­və ki­mi ta­nı­mır­lar. Bur­da du­rub nə qə­dər də de­sək ki, güc­lü di­as­po­ru­muz var, nai­liy­yət­lə­ri­miz var, özü­mü­zü al­dat­mış ola­rıq. Də­rin­dən ba­xan­da, işi­mi­zi araş­dı­ran­da gö­rə­rik ki, biz yer­li hö­ku­mət­lə­rə tə­sir gös­tə­rə bi­lə­cək si­ya­si qüv­və­yə çev­ri­lə bil­mə­mi­şik".


Se­yi­dov onu da qeyd edir ki, di­as­po­run təş­kil et­di­yi təd­bir­lər­də dai­ma iş­ti­rak edir və "Həm­rəy­lik" Türk­dil­li Xalq­lar­la Slav­yan Xalq­la­rı ara­sın­da Əmək­daş­lıq Fon­du­nun ge­niş la­yi­hə­lə­ri var.


Türk­dil­li Xalq­lar­la Slav­yan Xalq­la­rı ara­sın­da Əmək­daş­lıq Fon­du­nun Fəa­liy­yə­ti­nə gə­lin­cə, bu ide­ya M.Se­yi­do­va məx­sus­dur: "No­vo­si­birs­kdə­ki Hey­dər Əli­yev adı­na Fo­ru­mun əmək­daş­la­rı ilə mü­za­ki­rə­lər­dən son­ra, in­di­ki za­man­da be­lə bir fon­dun ya­ra­dıl­ma­sı­nı zə­ru­ri say­dıq. Məq­sə­di­miz türk­dil­li xalq­lar­la slay­van xalq­la­rı ara­sın­da dost­lu­ğu da­ha da möh­kəm­lən­dir­mək, mə­də­ni əla­qə­lə­rin ge­niş­lən­mə­sin­də iş­ti­rak et­mək­dir. Hə­dəf­lə­ri­miz Hey­dər Əli­yev adı­na Fo­ru­mun qar­şı­ya qoy­du­ğu məq­səd­lə­ri da­ha ge­niş for­ma­da re­al­laş­dır­maq­dır. Be­lə ki, bu fon­dun qar­şı­ya qoy­du­ğu əsas məq­səd­lər­dən bi­ri də Hey­dər Əli­yev məf­ku­rə­si­nin, ideo­lo­gi­ya­sı­nın də­rin­dən dərk olun­ma­sı və bü­tün dün­ya xalq­la­rı­na, döv­lət­lə­ri­nə ta­nı­dıl­ma­sı­dır. Ey­ni za­man­da türk­dil­li və slav­yan xalq­la­rı ara­sı­da əla­qə­lə­ri ge­niş­lən­dir­mək­dir. Bi­lir­si­niz, həm türk­dil­li döv­lət­lə­rin, həm də slav­yan döv­lət­lə­ri­nin bir­ləş­di­yi müx­tə­lif bey­nəl­xalq təş­ki­lat­lar möv­cud­dur. Ey­ni za­man­da bu xalq­la­rı təm­sil edən döv­lət­lə­rin bir­gə ya­rat­dı­ğı təş­ki­lat­lar var. Mə­sə­lən, Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı, Qa­ra Də­niz İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı və s. ki­mi qu­rum­lar. Qeyd edim ki, Azər­bay­can döv­lə­ti­nin, şəx­sən Pre­zi­dent İl­ham Əli­ye­vin bö­yük dəs­tə­yi, fə­al iş­ti­ra­kı ilə ne­çə il­lər­dir türk­dil­li döv­lət­lər ara­sın­da əmək­daş­lıq da­ha da möh­kəm­lə­nib. Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın fəa­liy­yə­ti bü­tün dün­ya­da ma­raq­la iz­lə­nir.


Bu cür rəs­mi ya­ra­dı­lan qu­rum­lar döv­lət­lər ara­sın­da iq­ti­sa­di-si­ya­si- mə­də­ni əla­qə­lə­ri tən­zim­lə­yir, ge­niş­lən­di­rir. Xalq­lar ara­sın­da mə­də­ni əla­qə­lə­ri, dost­lu­ğu ge­niş­lən­dir­mək, möh­kəm­lən­dir­mək isə iç­ti­mai təş­ki­lat­la­rın və­zi­fə­si­dir. Bu is­ti­qa­mət­də fəa­liy­yət gös­tə­rən qu­rum­la­rın sa­yı isə o qə­dər də çox de­yil. Ey­ni dil qru­pu­na da­xil olan xalq­lar ara­sın­da əmək­daş­lı­ğa xid­mət edən ic­ti­mai qu­rum­lar var. Mə­sə­lən, Türk­dil­li Xalq­la­rın Si­ya­sə­ti­nə Dəs­tək Fon­du ki­mi. An­caq türk­dil­li və slav­yan xalq­la­rı ara­sın­da dost­lu­ğa xid­mət edən fə­al iç­ti­mai təş­ki­lat yox­dur. Biz də bu boş­lu­ğu dol­dur­maq, xalq­lar ara­sın­da mə­də­ni əla­qə­lə­ri ge­niş­lən­dir­mək məq­sə­di ilə be­lə bir Fond ya­rat­dıq" ("az­po­li­ti­ka.in­fo").


M.Se­yi­dov bil­di­rir ki, Ru­si­ya­nin türk­dil­li döv­lət­lər­lə əla­qə­lə­ri bü­tün sa­hə­lər­də yax­şı­laş­dır­ma­ğa me­yil­li ol­du­ğu­nu nə­zə­rə alıb bu qu­ru­mun ya­ra­dıl­ma­sı­nı zə­ru­ri bi­lib­lər: "Bi­lir­si­niz ki, Ru­si­ya­nın tər­ki­bin­də çox bö­yük say­da türk­dil­li xalq­lar ya­şa­yır. Bi­zim fond həm də Ru­si­ya­da ya­şa­yan türk­dil­li xalq­la­rın adət-ənə­nə­lə­ri­ni öy­rən­mək, on­la­rın soy-kök­lə­ri­ni araş­dır­maq, dün­ya­da möv­cud olan türk­dil­li xalq­lar­la əla­qə­lə­ri­ni qur­maq is­ti­qa­mə­tin­də də fəa­liy­yət gös­tə­rə­cək. Yə­ni, qu­ru­mun əsas məq­səd­lə­rin­dən bi­ri də Ru­si­ya döv­lə­ti­nin tər­ki­bin­də ya­şa­yan yer­li türk­dil­li xalq­lar­la türk­dil­li döv­lət­lər ara­sın­da mə­də­ni əla­qə­lə­rin qu­rul­ma­sı­na ya­xın­dan kö­mək et­mək­dir. Biz Ru­si­ya-Azər­bay­can dost­luq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­mə­sin­də də yer­li türk­dil­li xalq­la­rın ro­lu­na bö­yük əhə­miy­yət ve­ri­rik. Bu da ye­ni bir ya­naş­ma­dır. Fik­ri­miz­cə, bu mü­na­si­bət­lər­də türk­dil­li xalq­la­rın ro­lu bö­yük ola bi­lər. Çün­ki türk­dil­li döv­lət­lər içə­ri­sin­də Azər­bay­can çox bö­yük sü­rət­lə in­ki­şaf edən döv­lət­lər­dən bi­ri­dir. Bu ba­xim­dan, Ru­si­ya­da­ki türk­dil­li xalq­lar Ru­si­ya­nın Azər­bay­can­la mə­də­ni əla­qə­lə­ri­nin da­ha da güc­lən­mə­sin­də ma­raq­lı tə­rəf ki­mi çı­xış edir­lər. Düz­dür, bu 2 öl­kə ara­sın­da həm dip­lo­ma­tik, həm də mə­də­ni əla­qə­lər hə­mi­şə yük­sək sə­viy­yə­də olub. An­caq biz bu əla­qə­lə­rin da­ha da möh­kəm­lən­mə­si­nə xid­mət edə­cə­yik".


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND