Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA

24.06.2019 15:32
64
Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA

Bugünədək qarğıdalını yanlış bişirdiyinizi bilirdinizmi?


Ekspress.az -ın təqdim edəcəyi reseptlə qaynatdığınız qarğıdalıların dadından doymayacaqsınız.


Bir neçə qızıl qaydaya əməl edərək qarğıdalını daha ləzzətli bişirin.


1. Qarğıdalıları bişirməzdən əvvəl 3-4 hissəyə bölün. Bu çox vacib şərtdir.

2. Hissələri bişirəcəyiniz qazana töküb, su ilə doldurun.

3. Su qaynayanda qazana 1 fincan süd və 1 x/q kərə yağı əlavə edin.

4. Qarğıdalını təxmini 10 dəqiqə də südlü, yağlı suda bişirib, ocaqdan götürün.


Bu qədər! Süd ətirli qarğıdalını ənənəvi qaydada duz səpərək yeyin.


Ekspress.az