"Təmas xəttində müsbət impulsları görürük" - Linn Treysi

15.05.2019 18:18
57
"Təmas xəttində müsbət impulsları görürük" - Linn Treysi

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yüksək səviyyədə görüş nəticəsində təmas xəttində zorakılığın azaldığını və başqa müsbət impulsları görürük".


Ekspress.az xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Linn Treysi mayın 15-də jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəsmiləri arasında təmaslar ruhlandırıcıdır (report).


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi məsələsinə gəlincə səfir deyib ki, hazırda ATƏT-in Minsk qrupu formatında belə bir görüş barədə informasiyaya malik deyil.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND