Gənc ana əylənməyə getdi - körpəsi acından öldü

24.02.2019 17:01
306
Gənc ana əylənməyə getdi - körpəsi acından öldü

Rusiyanın Kirov şəhərində ana əylənərkən baxımsız qalan körpə acından ölüb.

 

Ekspress.az -ın məlumatına görə, 3 yaşlı körpəsini evdə qoyub əylənməyə gedən ana onun ölümünə səbəb olub.

 

Mariya Plenkina adlı 21 yaşlı qadın qız uşağını evdə tək başınna qoyaraq dostları ilə əylənməyə gedib. Yeyib-içib gəzən 21 yaşlı ana körpəsini ağlından çıxarıb. Faciəvi hadisənin üstü isə M. Plenkinanın anasının nəvəsinin doğum gününü qeyd etmək üçün onların yaşadığı mənzilə gəlməsindən sonra açılıb. Qapını döyən yaşlı qadın evdən səs gəlməməsindən qorxuya düşərək polis çağırıb. Qapını qıraraq açan asayiş keşikçiləri evdə körpə qızın cansız bədəni ilə rastlaşıb. Müəyyən olunub ki, uşağa yemək verən olmayıb və o, ac qalaraq ölüb.

 

5 il əvvəl ailə həyatı quran Mariya Plenkinanın əri bir müddət əvvəl ondan ayrılıb. 21 yaşlı qadının anası da bir il əvvəl evi tərk edib və ana-bala birlikdə yaşamağa başlayıb.


Qeyd edək ki, axtarışlar nəticəsində saxlanılan M. Plenkina məhkəmənin qərarı ilə həbs edilib.


Ekspress.az