Putin və Paşinyan Qarabağ münaqişəsini müzakirə etməyib - Peskov

07.06.2019 11:53
139
Putin və Paşinyan Qarabağ münaqişəsini müzakirə etməyib - Peskov

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunmayıb".


Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.


"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - D.Peskov deyib (report).


Dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND