• 19 °C Bakı
  • 15 °C Quba
  • 19 °C Gəncə
  • 18 °C Yevlax
  • 12 °C Naxçıvan

Salah dubl etdi, "Liverpul" qələbə qazandı

19.01.2019 23:33
151
Salah dubl etdi, "Liverpul" qələbə qazandı

Bu gün İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunları keçirilib.


Ekspress.az xəbər verir, turnir cədvəlinin lideri "Liverpul" doğma meydanda "Kristal Palas"la üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

"Liverpul" hesabda geridə olsa da, Məhəmməd Salahın dublu, Roberto Firmino və Sadio Manenin qolları sayəsində qələbə qazanıb.

Oyunun 89-cu dəqiqəsində "Liverpul"un heyətində James Milner qırmızı vərəqə alaraq meydandan qovulub.


"Kristal Palas"ın heyətində Vilfield Zaha, Jeyms Tomkins və Maks Meyer fərqləniblər.


Aktivinə növbəti 3 xalı yazdıran "Liverpul" 60 xalla liderliyini qoruyub saxlayıb.


"Kristal Palas" isə 22 xalla 14-cü yerdə qərarlaşıb.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND