• 5 °C Bakı
  • -4 °C Quba
  • -1 °C Gəncə
  • -1 °C Yevlax
  • -4 °C Naxçıvan

Ermənilər Qazaxda ekskava­­toru atəşə tutdu

12.01.2019 14:17
44
Ermənilər Qazaxda ekskava­­toru atəşə tutdu

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

 

Ekspress.az Dövlət Sərhəd Xidmətinə istinadla məlumat verir ki, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kəmərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan ekskava­­tora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pu­lem­yo­tun­dan atəş açılıb, nəticədə 6 güllə eksko­va­torun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND