Çinin tətbiq etdiyi yeni gömrük rüsumları bu tarixdən tətbiq ediləcək

13.05.2019 18:40
179
Çinin tətbiq etdiyi yeni gömrük rüsumları bu tarixdən tətbiq ediləcək

Çinin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan 5 mindən çox məhsula 5-25%-lik gömrük rüsumu tətbiq edib. 


Ekspress.az xəbər verir ki, yeni gömrük rüsumları iyunun 1-dən tətbiq ediləcək. Onlar illik idxal dəyəri 60 milyard dollar olan 5 140 növ məhsul üçün müəyyən edilib.


Bunlardan 2 493-ü üçün gömrük dərəcəsi 25%, 1 078 məhsul üçün 20%, 974 məhsul üçün 10%, 595 məhsul üçün isə 5%-dir.


Ekspress.az

Açar sözlər: