YAP siyasi partiyaları topladı - Onlar isə gəlmədi (CANLI YAYIM)

11.09.2019 11:32
151
YAP siyasi partiyaları topladı - Onlar isə gəlmədi (CANLI YAYIM)

Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və media təmsilçilərinin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilir.


Ekspress.az -ın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, QHT rəhbərləri, media nümayəndələri iştirak edirlər.


Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb. (unikal)



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND