ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət etdi

18.04.2019 10:01
201
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət etdi


ABŞ Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib.


“RİA Novosti”nin məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov açıqlama verib.


“Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş həmkarım Sergey Lavrovun təşəbbüsü ilə Moskvada baş tutub (oxu.az). Rusiya ilə birlikdə səylər iki qat-üç qat artırılsa, münaqişənin nizamlanmasında irəliləyişə ümid etmək olar. Ötən gün ABŞ-dan Vaşinqtona səfərlə bağlı dəvət gəldi.


Dövlət katibi münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq üçün şəxsən öz səylərini göstərmək niyyətindədir”, - deyə Məmmədyarov Varşavada keçirdiyi brifinqdə bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND