Sənin dərsini verəcəyik: Oğlanlar Elinanın xalası qızını hədələyir


01.05.2019 17:16
336
Sənin dərsini verəcəyik: Oğlanlar Elinanın xalası qızını hədələyir

Elina Hacıyevanın intiharı ilə bağlı gələn xəbərlər səngimir. Bu dəfə mərhum məktəblinin xalası qızı Diana Hacıyevanın anası Leyla Şirinova təlaşla KİV-ə müraciət edib.


Ekspress.az xəbər verir ki, L.Şirinova -a açıqlamasında deyib ki, qızı Diananı Elina ilə bağlı verdiyi müsahibəyə görə hədələyirlər: 


“Qızım səhər dərsə gedib. Məktəbdə onlarla bir yerdə oxuyan Rəhman və dostu Cavad adlı oğlan qızımı hədələyiblər. Deyiblər ki, məktəbdən çıxanda səni məktəbin qabağında gözləyəcəyik, “dərsini verəcəyik”. L.Şirinova deyir ki, qızı verdiyi müsahibədə Rəhmanla Cavadın sağlığında Elinanı da hədələdiklərini, onu ələ saldıqlarını deyib. 


Onlar da məhz bu səbəbdən Diananı hədəfə alıblar: “Rəhman deyirmiş ki, sən mənim icazəm olmadan koridora çıxa bilməzsən. Həmişə qızı məsxərəyə qoyarmış. Elinanın özünü atdığı videoda da o, yanında dayanıb. Sanki onun özünü öldürəcəyini bilirmiş. İndi də mənim qızımı qorxuya salıblar”. 


L Şirinova deyir ki, Diana Rəhmanla Cavadın təhdidini eşidən kimi yeni sinif rəhbəri - Valentina İvanovnanı xəbərdar edib: 


“Diananın telefonu yoxdur. Ona görə bizə xəbər eləyə bilməyib. Eşitdiklərindən çox qorxub və bu haqda sinif rəhbərinə deyib. O da bizə zəng vurub dedi ki, qızınız mənim yanımdadır. Dərsdən sonra onu heç yana buraxmayacam. Gəlib uşağı məktəbdən özünüz götürün” (News24.az). Eşitdikləri xəbərdən həyəcan keçirən ailə məsələ ilə bağlı prokurorluğa məlumat verib: 


“Prokurorluqdan bizə bildirdilər ki, qızın müdafiəsi üçün məktəbə polis əməkdaşı göndərəcəyik. Qızımın həyatı təhlükədədir. Mən çox narahatam. Uşağımın təhlükəsizliyinin tam təmin olunmasını istəyirəm”.


Ekspress.az