Trampın şəxsi köməkçisi vəzifəsindən istefa verib


30.08.2019 09:00
98
Trampın şəxsi köməkçisi vəzifəsindən istefa verib

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın şəxsi köməkçisi Madlen Vesterhaut, dövlət başçısının həyatından bəhs edən bəzi xəbərləri jurnalistlərə söylədiyinə görə vəzifəsindən istefa verib.


Ekspress.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.


Nəşrin yazdığına görə, Madlen bu yaxınlarda Ağ Evdəki vəzifələrini genişləndirməyə, o cümlədən prezidentin xarici səfərlərini təşkil etməyə çalışıb. Onun bu hərəkətləri Administrasiyasındakı bəzi rəsmilərin narazılığına səbəb olub.


Nəşrə görə, istefaya əsas səbəb kimi Madlenin prezidentin həyatı ilə bağlı mətbuat üçün nəzərdə tutulmayan xəbərləri jurnalistlərə danışmasıdır. Bu məlum olduqdan sonra Ağ Evdə onun işdən çıxarılması fəal müzakirə olunub və nəticədə Madlen cümə axşamı istefa verib. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND