Sa­rı Do­nuz gə­lir

28.12.2018 20:03
826
Sa­rı Do­nuz gə­lir

Sa­rı it hü­rə-hü­rə ye­ri­ni Sa­rı do­nu­za ver­mək üz­rə­dir. "Do­nuz"un özü gəl­mə­miş dün­ya­nı qri­pi­nin bü­rü­mə­si heç də yax­şı hal de­yil. Am­ma ney­nə­yək, Al­la­hın xo­şu­na gə­mə­yən bu hey­van bir il bi­zim­lə ola­caq. Xe­yir­li­sin­dən ol­sun...

 

Hər ötən gün bi­zi ye­ni ilə bir qə­dər də ya­xın­laş­dı­rır. 2019-cü il­dən cə­mi 2 gün ayı­rır bi­zi. İki­cə gün­dən son­ra 2018-ci il də ta­ri­xə qo­vu­şa­caq, Sa­rı it ili haq­qın­da da keç­miş za­man­da da­nı­şı­la­caq.


Sa­rı itin sə­si ya­man gur çıx­dı bu il.

- Ay it ni­yə hü­rür­sən?

- Qor­xu­du­ram.

- Bəs quy­ru­ğun ni­yə əsir?

- Özüm də qor­xu­ram.


Ey­nən be­lə ol­du. İt qor­xut­du da, qorx­du da.


Bir ne­çə gün­dən son­ra Sa­rı Tor­paq Do­nu­zu­nun hökm­ran­lı­ğı baş­la­ya­caq. Nə­dən­sə do­nu­zun adı çə­ki­lən­də "Se­hir­li xa­lat" fil­min­də­ki məş­hur fraq­ment ya­da dü­şür. Pio­ne­rin şa­hın sa­ra­yın­da pey­da ol­ma­sın­dan qor­xan sa­ra­ya əyan­la­rı onu cin he­sab edir­lər. Bu vaxt və­kil "bəl­kə o, bi­zi do-do-do­nu­za çe­vi­rər" de­mə­yi­nə peş­man olur. Şa­hın "Al­la­hın xo­şu­na gəl­mə­yən he­va­nın adı­nı çək­mə" əm­ri onu sus­du­rur. İn­di onun sö­zü ol­ma­sın, Al­la­hın xo­şu­na gəl­mə­yən hey­van bir il hök­mran­lıq edə­cək.


O bi­ri tə­rəf­dən, bu hey­va­nın adıy­la bağ­lı olan bir qrip vi­ru­su da var ki, son za­man­lar ye­ni­dən ya­yıl­ma­ğa baş­la­yıb. Ar­tıq qon­şu Gür­cüs­tan­da "do­nuz qri­pi" tüğ­yan edir. Və bu vi­rus iki nə­fə­rin hə­ya­tı­na son qo­yub.


"Do­nuz" özü gəl­mə­miş vi­ru­su­nun ya­yıl­ma­sı heç yax­şı hal de­yil. Al­lah son­ra­sı­nı xe­yir­li et­sin.


De­yi­lən­lə­rə gö­rə, Sa­rı Do­nuz ilin­də do­ğu­la­caq in­san­lar çox gö­zəl na­tiq­lik mə­lu­mat­la­rı­na ma­lik ola­caq­lar, yum­şaq xa­rak­ter, ana­dan­gəl­mə yu­mor his­si və əda­lət, azad­lıq­sev­mə. Ki­çik yaş­la­rın­dan on­lar is­tə­ni­lən ev­də is­tə­ni­lən qo­naq he­sab edil­mə­yə baş­la­ya­caq­lar.


Bu il do­ğu­lan in­san­la­rın xa­rak­te­rin­də ədəb, meh­ri­ban­lıq, co­mərd­lik, ün­siy­yət­çil­lik, qo­naq­pər­vər­lik, qay­da­ya ria­yət et­mə­yə ar­zu üs­tün­lük təş­kil edə­cək.


İnanc­la­ra gö­rə, 2019-cu il­də uğu­ru cəlb et­mək üçün onun hi­ma­yə­çi­si­ni, yə­ni Sa­rı Do­nu­zu düz­gün qar­şı­la­maq la­zım­dır. Yə­ni, sa­rı ça­lar­la­rın bə­zək­lə­rin­dən is­ti­fa­də edə­rək 31 yan­var­dan əv­vəl öz evi­ni gö­zəl bə­zə­mək ar­zu olu­nan­dır. Bun­dan baş­qa, me­bel­də, di­var­lar­da və ya Do­ru­zun təs­vi­ri­ni adi güz­gü­lər­də yer­ləş­dir­mək la­zım­dır.


Do­nuz bol­lu­ğu se­vən hey­van­dır. On­da be­lə çı­xır ki, 2019-cu il­də də bol­luq ola­caq. Tə­ki elə ol­sun.


İnan­ma­sam da, as­tro­loq­lar mə­nim bür­cü­mə yax­şı proq­noz­lar vəd ve­rir­lər. Mə­sə­lən, de­yir­lər ki, Bu­ğa bür­cün­də do­ğu­lan­lar kar­ye­ra­la­rın­da gün­dən-gü­nə ma­raq­lı ha­di­sə­lə­rə doğ­ru ya­xın­la­şa­caq. Ul­duz­la­rın qə­naə­tin­cə, hər han­sı bö­yük la­yi­hə­də iş­ti­ra­kı­mız müm­kün­dür. Bu, Bu­ğa bür­cün­də do­ğu­lan­la­rın ha­zır­kı möv­qe­yi­nə əsa­sən nə­zər­dən ke­çi­ri­lə­cək. İs­tə­ni­lən hal­da bü­tün pro­ses­lə­ri çox diq­qət­lə apar­maq və ça­lış­maq la­zım­dır. Kə­sə­si, Sa­rı Do­nuz ilin­də bi­zim iş­lə­ri­mi­zin ide­al sə­viy­yə­də ola­ca­ğı və­di ve­ri­lir.


Nə­sə, Sa­rı Do­nuz gə­lir. Hər kəs üçün xe­yir­li, uğur­lu il ol­sun 2019!