Qəzetlərə əlavə maliyyə yardımı ayrıldı - SƏRƏNCAM



22.07.2019 12:59
134
Qəzetlərə əlavə maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb (oxu.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND