Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə

26.05.2019 14:16
525
Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə

Bu gün Avropa İttifaqına üzv olan 21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək.


Ekspress.az xəbər verir ki, seçki prosesi 28 ölkə üzrə nəzərdə tutulub. Artıq Çexiya, Latviya, Malta və Slovakiyada səsvermə başa çatıb. 


Ümumilikdə Avropa İttifaqı ölkələrində 427 milyon səsvermə hüququna malik vətəndaş növbəti beş il müddətinə öz namizədlərini seçirlər. Səsvermənin nəticələri bu gün axşam saatlarında açıqlanacaq. 


Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə müəyyən edilib. Belə ki, ən çox deputat mandatı Almaniyada (96), ən az isə Kipr, Malta və Lüksemburqdadır. Bu ölkələrə cəmi 6 deputat yeri ayrılıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND