Binəli Yıldırım istefa verdi - VİDEO

19.02.2019 00:03
113
Binəli Yıldırım istefa verdi - VİDEO

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım parlamentin sabiq rəhbərləri və 27-ci dövr millət vəkillərinə vida mərasimində çıxışı zamanı vəzifəsindən istefa verdiyini bildirib.

 

Türkiyə mediası xəbər verir ki, istefa ərizəsini tədbirdən sonra təqdim edəcəyini bildirən B.Yıldırım yeni spiker seçilənədək vəzifəsini icrasının İstanbuldan millət vəkili Cəlal Adana həvalə etdiyini diqqətə çatdırıb (modern.az).

 

B.Yıldırım istefa verməsinin əsas səbəbini bələdiyyə sədrliyinə namizədliyini irəli sürməsi ilə əlaqələndirib.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND