Bu il icbari tibbi sığorta necə tətbiq olunacaq?

31.01.2019 09:07
342
Bu il icbari tibbi sığorta necə tətbiq olunacaq?

Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək.


Ekspress.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. (Trend ) Onun sözlərinə görə, bu, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin gələn ildən nəzərdə tutulması ilə bağlıdır:

"Biz bütün ölkədə bu sistemin tətbiqi üçün artıq hazırlıq prosesinə başlamışıq".

Agentlik rəhbəri əlavə edib ki, bu il icbari tibbi sığorta sistemi ötən il olduğu kimi 3 rayonda pilot layihə şəklində davam etdiriləcək:


"Həmin rayonlarda sınaqlar edirik ki, sistem ölkə üzrə tətbiq olunduqda istifadə edilən yanaşma sınanmış olsun. 2020-ci ildən bütün ölkə üzrə onun tətbiqinə başlamağı düşünürük".


Qeyd edək ki, hazırda icbari tibbi sığorta sistemi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir.


Ekspress.az

Açar sözlər: