Hindistanda spirtli içkidən zəhərlənib ölənlərin sayı 140-a yüksəlib

24.02.2019 14:35
127
Hindistanda spirtli içkidən zəhərlənib ölənlərin sayı 140-a yüksəlib

Hindistanın Assam ştatında keyfiyyətsiz spirtli içkidən ölənlərin sayı 140 nəfərə çatıb.


Ekspress.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Məlumata əsasən, Hindistanın səhiyyə naziri Himanta Bisva Şarma deyib ki, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.


Bundan əvvəl ölənlərin 98 nəfər olduğu məlum idi.

"Ölən və zərərçəkənlərin sayı hər dəqiqə artmaqdadır", - deyə "News18" telekanalı nazirin sözlərini sitat gətirir (report). O qeyd edib ki, təkcə son sutka ərzində təqribən 50 nəfər həyatını itirib.


Zəhərlənmə ştatın iki dairəsində - Qolahat və Corhatda baş verib. Assam ştatında ölüm halları barədə məlumat cümə axşamından etibarən daxil olmağa başlayıb. Ölənlərin əksəriyyəti Assam çay plantasiyalarının işçiləridir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND