"Microsoft" şirkəti "Windows 7"-yə dəstəyini 2020-ci ildən dayandıracaq

21.03.2019 22:45
192
"Microsoft" şirkəti "Windows 7"-yə dəstəyini 2020-ci ildən dayandıracaq


“Microsoft” şirkəti yaxın zamanda “Windows 7” əməliyyat sistemlərinə xidməti dəstəyin başa çatacağını bildirib.


İstifadəçilərə ünvanlanmış belə bir bildiriş şirkətin rəsmi saytında yer alıb.


Qeyd olunur ki, “Windows 7”-nin yenilənməsi 2020-ci ilin 14 yanvarında başa çatacaq. İstifadəçilərə isə artıq 18 apreldən etibarən bu barədə xəbərdarlıq göndəriləcək (ONA).

Qeyd edək ki, “Microsoft” şirkəti “Windows 7”-ni 2009-cu ildən istifadəyə verib. Onun davamçısı olan “Windows 8” isə 2023-cü il yanvarın 10-dək dəstək görəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND