Tramp azərbaycanlı gəncin adını "qara siyahı"ya saldı

21.09.2018 11:44
250
Tramp azərbaycanlı gəncin adını "qara siyahı"ya saldı

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Modern.az xəbər verir ki, Rusiya kəşfiyyatı və hərbi-müdafiə sənayesi ilə bağlı olan 27 Rusiya vətəndaşı və 6 şirkətin adı “qara siyahı”ya salınıb.

 

Onlar arasında Azərbaycan mənşəli Ceyhun Nəsimi oğlu Aslanovun adı da var. O, ABŞ-da 2016-cı ildə prezident seçkiləri zamanı sosial şəbəkələrdə “troll fabriki” yaratmaqda ittiham olunur. Onunla birlikdə siyahıya daha 12 nəfərin adı daxil edilib.


Ceyhun Aslanovun ABŞ-dakı bank hesabları dondurulacaq ("modern.az"). Onun bu ölkəyə viza alması və yerli şirkətlərlə hər hansı biznes, yaxud şəxsi münasibətlər qurması da qadağan ediləcək.

 

28 yaşlı Ceyhun Aslanovun 2000-ci illərin sonlarında İrkutskdan Sankt-Peterburqa gəldiyi və Hirdometeorologiya Universitetində təhsil aldığı məlumdur. Onun sonradan menecer kimi özəl şirkətlərdən birində çalışdığı xəbər verilir. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND