Yığmada kadr dəyişikliyi

30.11.2018 13:04
39
Yığmada kadr dəyişikliyi

Azərbaycanın kişi boksçulardan ibarət əsas yığma komandasının baş məşqçi porstunda dəyişiklik edilib. Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə yığmanın Ukraynadan olan baş məşqçisi Leonid Loivski istefaya göndərilib. Onun əvəzində baş məşqçi postuna yerli və təcrübəli mütəxəssis Vaqif Şirinov təyin edilib. O, komandaya 2020-ci ilədək başçılıq edəcək. Komandanın böyük məşqçisi isə yenə də Nəriman Abdullayev olub. Yeri gəlmişkən, hazırda Boks Mərkəzində böyüklər arasında seçmə xarakterli ölkə çempionatı keçirilir. Dünən çempionatda 1\4 final döyüşlərinə yekun vurulub və yarımfinalçılar bəlli olub. Yarımfinala çıxan boksçular həm də ən azından çempionatın bürünc medalını özlərinə təmin ediblər. Yarımfinal döyüşləri bu gün saat 14.00-da başlanacaq. Bir məqamı da qeyd edək ki, yığmamızın aparıcı boksçularından Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Kamran Şahsuvalı (75 kq) və Rauf Rəhimov (81 kq) birbaşa finalda döyüşmək imkanı əldə edib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND