AFFA heç-heçəyə görə milliyə pul mükafatı verəcək

10.09.2019 16:56
73
AFFA heç-heçəyə görə milliyə pul mükafatı verəcək

Xəbər verdiyimiz kimi, millimiz dünən Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.


Ekspress.az xəbər verir ki, Dünənki nəticəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın üzvlərini mükafatlandıracaq. 



Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib. Qurum rəsmisi məbləği açıqlamasa da futbolçuların pulla mükafatlandırılacaqlarını bildirib: 


" Xorvatiya ilə heç-heçəyə futbolçulara mükafat veriləcək. Çünki bu, sistemli məsələdir, oyunun statusundan asılı olmayaraq, heç-heçə və qələbə üçün mükafat verilir. Ancaq məbləğ barədə açıqlama verilmir”. (unikal)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND