Niderland "Eurovision-2019"-da qalib gəlib, Azərbaycan 7-ci olub

19.05.2019 10:10
55
Niderland "Eurovision-2019"-da qalib gəlib, Azərbaycan 7-ci olub


“Eurovision-2019” mahnı müsabiqəsi başa çatıb.


Səsvermənin nəticələrinə əsasən, Niderland təmsilçisi yarışmanın qalibi olub. İtaliya müsabiqənin ikincisi, Rusiya isə üçüncüsü olub.


Müsabiqədə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 7-ci yerdə qərarlaşıb.


İfaçımıza Portuqaliya, Malta, Şimali Makedoniya, San-Marino, Estoniya, Polşa, Norveç, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, Albaniya, Macarıstan, Moldova, İrlandiya, Rumıniya, Kipr, Avstraliya, Rusiya, İsveç, Litva, Serbiya, İslandiya, Gürcüstan, Yunanıstan, Latviya, Çexiya, Danimarka, Fransa, Finlandiya, Sloveniya və İsrail ölkələrindən dəstək gəlib (ONA).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND