“Uşaqlarımıza görə ona şans verərdim” - Həyat yoldaşı Anar Nağılbazın məktubunu qəbri üstə oxudu - VİDEO

13.02.2019 13:55
441
“Uşaqlarımıza görə ona şans verərdim” - Həyat yoldaşı Anar Nağılbazın məktubunu qəbri üstə oxudu - VİDEO

ARB TV-nin “Show news” proqramına müraciət edən reper Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva mərhumun yazdığı məktubunu tapdığını deyib.


O, məktubu reperin qəbri üstündə oxuyub:


“Hər şeydən uzaqlaşıb məscidə gedib namaz qılacam. Ağıllı işlər görərək ailəmizi qoruyaq. Yoldaşım, ailəm mənimçün əzizdir. Bəli, mənim də səhvlərim olub. Yaşadığımız yaxşı günlərin eşqinə uşaqlarımız üçün, parlaq gələcək qurmaq naminə, hər nə olur olsun ailəmi, yoldaşımı heç kimə, heç nəyə dəyişməyəcəyəm. Keçmişdən ancaq yaxşıları xatırlayaq”.


Anjelika Cəbiyeva mərhum reperin məktubda ondan şans istədiyini də deyib:


“Anar, mən bu məktubu çox gec tapdım, amma uşaqlarımıza yadigar saxlayacağam. Məktubda məndən şans istəyib. Uşaqlarıma görə ona şansı verərdim”.


Ekspress.az

Açar sözlər: