Göygöldə yeni zavod tikilir - 600 nəfər işlə təmin ediləcək

Göygöl rayonu ərazisində Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinə başlanılıb.
Ekspress.az xəbər verir ki, "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında həyata keçirilən inşaat işlərinin icraçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" & "Es Group" JV şirkətidir. Bu məqsədlə "Run Group" MMC ilə adıçəkilən şirkət arasında müqavilə imzalanıb.
Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq.
Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir (Azərtac).
Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir. "Zahavi Pretty", həmçinin "Run Group"un digər layihələrinin də hüquqi təminat işlərini həyata keçirir.
Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 600 nəfərlik iş yeri açılacaq. Zavodda nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Məhsulun 98 faizi xaricə ixrac olunacaq, yalnız 2 faizi ölkədə daxilində bazara çıxarılacaq.
Nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.
Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir.
"Run Group"un Göygöldəki yeganə layihəsi deyil. Belə ki, şirkət yaxın gələcəkdə burada daha 2 böyük müəssisənin inşasını həyata keçirəcək. Onlardan biri Azərbaycan brendi olacaq otel, digəri isə otel tipli sağlamlıq mərkəzidir. Müvafiq olaraq 16 və 3 hektarlıq ərazidə yerləşən otel və sağlamlıq mərkəzi Azərbaycanın turizm və səhiyyə sektorunun inkişafına yeni töhfə olacaq.
Ekspress.az
-
-
21.02 13:28
Azərbaycanın istehsalı olan “Laçın” neft tankeri suya salınıb
-
21.02 13:21
Xəzər Dəniz Gəmiçiliyi 5 gəmi alacaq
-
21.02 13:11
Bakıda 400 çoxmənzilli binanın istismarına icazə verilməlidir
-
21.02 12:56
Neftçala Sənaye Məhəlləsinə 45 milyon manat investisiya qoyulub
-
21.02 12:43
Yaponiyanın səfiri "Khazar" Avtomobil Zavodunda olub
-
21.02 12:25
Siyavuş Novruzov: “Problemli kreditlərlə bağlı banklar güzəşt etməlidir”
-
20.02 22:35
Azərbaycanda qızıl bahalaşıb
-
20.02 20:20
Əhali bir ayda 3,8 milyard manat qazanıb
-
20.02 19:40
Səhmlərin alqı-satqısında 30 faiz artım var
-
20.02 19:05
Avropa Azərbaycan qazını səbirsizliklə gözləyir
-
20.02 16:35
İranda çərəz qiymətləri kəskin artıb
-
20.02 15:56
PAŞA Bank kiçik sahibkarlara güzəştlər təklif edir
-
20.02 15:48
Ölkədə taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
-
20.02 14:40
Avropa Azərbaycandan qaz idxalını 25 milyard kubmetrə çatdırmaq istəyir
-
20.02 14:29
Avropa Komissiyası: “Trans-Xəzər Boru Kəməri layihəsinə sərmayə qoyulmalıdır”
-
20.02 13:05
Bir ildə minik avtomobili idxalına 408 milyon dollar xərclənib
-
20.02 12:53
Hansı sahələrdə əməkhaqları artıb, hansılarında azalıb ? SİYAHI
-
20.02 12:28
Rövnəq Abdullayev: "Son iki ildə SOCAR ümumi hasilat həcmini artırıb"
-
20.02 11:44
Əmək müqaviləsi bağlamaq üçün tələb olunan sənədlər
-
20.02 11:05
Azərbaycanda indiqə qədər 2,054 milyard ton neft çıxarılıb
-
-
-
16.02 20:22
Pensiyaya çıxmaq üçün daha çox pensiya kapitalı lazım olacaq
-
19.02 11:18
Unibank pensiyaçılara kredit təklif edir
-
19.02 10:13
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq edilib
-
15.02 17:00
Əmanətlərin tam sığortalanması daha bir il uzadılır - Qanun müzakirəyə çıxarıldı
-
14.02 11:45
Vergi Ombudsmanı da olacaq
-
14.02 14:37
Bakılılar hər ay ticarətə 700 manat xərcləyib
-
14.02 12:19
Bakıda ən çox tikinti Nəsimi rayonunda aparılır
-
18.02 19:36
Orta aylıq əməkhaqqı ölkə üzrə 544 manat, qeyri-neft sektorunda 488 manatdır
-
18.02 11:28
Bakıda "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forum keçirilir
-
18.02 15:30
Nazir: "İstənilən şəxs özəl pensiya fondu yarada bilər"
-
16.02 15:46
Yeni nəsil nəzarət-kassa aparatları quraşdırılır
-
19.02 21:22
"Gilan" şirkəti "AFB Bank"ı satıb
-
19.02 12:38
Əmanətlər daha bir tam il sığortalanacaq
-
16.02 18:40
Dünyada yeni bank fırıldağı növü yaranacaq - “Sberbank” belə düşünür
-
18.02 13:37
Yanvarda idxal edilən avtomobillərin sayı 2,54 dəfə, dəyəri 2,73 dəfə artıb
-
18.02 19:18
Azərbaycan qaz hasilatını kəskin artırıb
-
15.02 14:42
Milli Məclis pensiyaların minimum məbləğinə baxacaq
-
16.02 10:48
Azərbaycan ötən il Ukraynadan 20 min tondan artıq quş əti idxal edib
-
18.02 19:14
2019-cu ilin yanvarında Azərbaycan iqtisadiyyatı 2,9 faiz böyüyüb
-
19.02 18:02
Əmlak eksperti: "Bakıda binalarda qeydiyyat problemi həll olunacaq”
-