Bakıda 10 yaşlı uşaq itkin düşdü

21.09.2019 09:50
123
Bakıda 10 yaşlı uşaq itkin düşdü

Bakıda azyaşlı itkin düşüb.


Ekspress.az trend-ə istinadən məlumatına görə, hadisə patytaxtın Binəqədi rayonunda qeydə alınıb.


Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 1-də yaşayan 1980-ci il təvəllüdlü Ağayeva Səhər Vaqif qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 2009-cu il təvəllüdlü Xocaməmmədov Şamil Şahin oğlu sentyabrın 18-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.


Faktla bağlı araşdırmalara başlanıb.


Ekspress.az