Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir"


01.02.2019 11:03
316
Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir"

"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər".


Ekspress.az "Report"-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.


Onun sözlərinə görə, həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib: "Amma bu "donuz qripi" deyil, mövsümi qripdir".


ÜST-nin Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Çünki qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".


Ekspress.az

Açar sözlər: