• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Hitlerin ölümqabağı teleqramı satışa çıxarıldı - MƏZMUNU


25.04.2019 10:25
172
Hitlerin ölümqabağı teleqramı satışa çıxarıldı - MƏZMUNU

Nasist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqramı ABŞ-da hərraca çıxarılıb.

 

Ekspress.az xəbər verir ki, bu barədə "İzvestiya.ru" məlumat yayıb.

 

 

Qeyd edilir ki, Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalmaq istədiyini bildirib.

 

"Mən Almaniya üçün həlledici döyüşdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacağam", - Hitler yazıb (report).


Hərracda Hitlerin teleqramından başqa Şernerin cavabı da satışa çıxarılıb. Feldmarşal cavab məktubunda Hitlerdən mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND