Bakı metrosunda əlillər üçün avadanlıqlar quraşdırılacaq

14.03.2019 17:38
105
Bakı metrosunda əlillər üçün avadanlıqlar quraşdırılacaq

"Bakı Metropoliteni" QSC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.


Ekspress.az xəbər verir ki, memorandumu dövlət şirkətinin sədr müavini Hidayət Məmmədov və nazir müavini Anar Əliyev imzalayıb.


Sənədə əsasən, metrodan əlillərin rahat istifadəsini təmin etmək məqsədi ilə avadanlıqlar quraşdırılacaq. Bu zaman əlillərin fikri nəzərə alınacaq. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND