Azərbaycan tütün ixracını 26%-dən çox artırıb


17.06.2019 19:05
64
Azərbaycan tütün ixracını 26%-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 39 945,24 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.


Dövlət Gömrük Komitəsindən (DGK) Ekspress.az -a verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 017,04 min dollar və yaxud 16,72% azdır.


Beş ay ərzində tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,24%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 6 379,95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 337,12 min dollar və yaxud 26,52% çoxdur (report).


Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,68%-nə bərabər olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND