• 12 °C Bakı
  • 8 °C Quba
  • 9 °C Gəncə
  • 4 °C Yevlax
  • 5 °C Naxçıvan

İranın Şiraz vilayətində daşqınlar nəticəsində 17 nəfər ölüb

25.03.2019 18:13
75
İranın Şiraz vilayətində daşqınlar nəticəsində 17 nəfər ölüb

İranın Şiraz vilayətində təbii fəlakət nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.


Bunu İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib. O, xəsarət alanların sayının 50 nəfərə çatdığını bildirib.


Lorestan vilayətində də daşqınlar fəsadlar törədib.


Bildirilir ki, bir sutkada İranın 13 vilayəti güclü qar, çovğun və daşqın fəlakətləri ilə üzləşib (ONA).


İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib ki, bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.


İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND