“Azərbaycan Kredit Bürosu”na daxil olan sorğuların sayı 37% artıb


11.07.2019 17:17
119
“Azərbaycan Kredit Bürosu”na daxil olan sorğuların sayı 37% artıb

Bu ilin I yarısında “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) kredit təşkilatlarından 1 301 606 sorğu daxil olub.


Ekspress.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 348 619 ədəd, yaxud 36,6% çoxdur.


Sorğuların 1 162 865-i, yaxud 89%-i banklara, 138 741-i və yaxud 11%-i isə bank olmayan kredit təşkilatlarına (BOKT) məxsus olub.


Təkcə Büronun skorinq xidmətindən 851 607 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 65%-ni təşkil edib.


Bununla yanaşı, hesabat dövründə 13 827 nəfər kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 13 751-i və yaxud 99,6%-i fiziki, 76-sı və yaxud 0,5%-i isə hüquqi şəxslər olub.


Yanvar-iyun aylarında AKB ilə əməkdaşlıq edən təşkilatların sayı 6 vahid artaraq 126-ya çatıb. Bunlar 1 BOKT, 2 kredit ittifaqı, 2 lizinq şirkəti və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs olub. Yarım il ərzində Büronun sistemindən 30 bank və 40 BOKT istifadə edib.

Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND