Əmək müqavilələrinin sayı 91,3 min artıb

12.01.2019 13:52
66
Əmək müqavilələrinin sayı 91,3 min artıb

2018-ci ildə işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi islahatları davam etdirilib. Ekspress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, 2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib. Həmçinin, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb.


Nazir deyib ki, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb.

  • SON XƏBƏR
  • TREND