Ədalət "Maşın"dan imtina etməsinin səbəbini açıqladı

02.10.2019 12:40
125
Ədalət "Maşın"dan imtina etməsinin səbəbini açıqladı

Əməkdar artist Ədalət Şükürov "Maşın" şouya qatılmaq üçün aldığı dəvətlərdən bəhs edib.


Ekspress.az xəbər verir ki, bu haqda müğənni "Ən yaxşısı" verilişində danışıb.


"Murad Dadaşov dostumdur, 17 dəfə mənə zəng edib. Hətta bu yaxınlarda da çağırdı. Demişəm ki, açılışda, konsertdə olum, şouda yox. Birincisi vaxtım yoxdur. İkincisi də xasiyyətim yaxşı deyil, pisdir. Ehtiyat edirəm ki, kiməsə ağır cavab verərəm. Getməsəm yaxşıdır", deyə, Şükürov söyləyib.


Ədalət yarışmada yer alan iştirakçılardan da söz açıb:


"Bir çox müğənninin arzusudur ki, həmin şouda iştirak etsin. Bir çoxu ora düşmək üçün yalvarır, amma alınmır". (axşam)


Ekspress.az

Açar sözlər: