Kişilər ən çox bu xərçəng növündən ölür - ƏLAMƏTLƏRİ

15.05.2019 16:20
50
Kişilər ən çox bu xərçəng növündən ölür - ƏLAMƏTLƏRİ

Ağciyər xərçəngi bütün xərçəng növləri arasında kişilərdə ölümə səbəb olan birinci, qadınlarda isə ikinci xərçəng növüdür. Dünyada hər il milyonlara insan ağciyər xərçəngindən ölür. 


Bu bəlaya düçar olanlar xəstəlikləri barədə tez məlumat aldıqda ömürlərini uzada bilirlər.


Ağciyər xərçənginin ilkin əlamətləri hansılardır?


BU ƏLAMƏTLƏR AĞ CİYƏR XƏRÇƏNGİNİN XƏBƏRÇİSİDİR


1) Davamlı nəfəs çatışmazlığı, xırıltılı nəfəsalma

2) Getdikcə pisləşən öskürək 

3) Qanlı bəlğəm

4) İştasızlıq, arıqlamaq

5) Döş qəfəsində ağrı

6) Səs batması

7) Udqunmaqda çətinlik 


YAŞLA BİRGƏ RİSK DƏ ARTIR! 


Ağ ciyərlərin hər ikisində və yaxud birində bədxassəli ağciyər şişi yaranır. Adətən bronxların selikli qişasında inkişaf edir. Bu inkişaf nəticəsində, hüceyrələr ətrafdakı toxumaları bürüyərək və ya ağciyərdən başqa orqanlara yayılmaları ilə nəticələnə bilər. Bu ən çox yayılmış onkoloji xəstəliklərdəndir. Yaş artdıqca ağ ciyər xərçəngi riski daha çoxdur.


SİQARETİ ATIN! 


Ağciyər xərçənginin təsadüfetmə halları Siqaret çəkmənin intensivliyi və davamiyyəti ilə sıx əlaqədardır. Müəyyən edilib ki, gündə iki qutu və daha çox siqaret çəkənlər arasında ağciyər xərçənginə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 20 dəfə artıqdır (medicina.az ). Siqaretlərə qoyulmuş filterlər kanserogen maddələrin ağciyərə keçməyinin qarşısını almır. Siqaret çəkməmək və yaxud həmin mühitdən uzaq durmaq sizi bu xəstəlikdən qoruyur. 


DÜZGÜN QİDALANMA VACİBDİR


 Bəhs olunan xəstəlik üzrə aparılan araşdırmalara görə, gündə 5 dəfə meyvə tərəvəz yeyənlərdə bu risk ən aşağı səviyyədədir.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND