Yanvarda Mərkəzi Bankın ehtiyatları 34 milyon dollar artıb

11.02.2019 14:57
152
Yanvarda Mərkəzi Bankın ehtiyatları 34 milyon dollar artıb

Azərbaycan Mərkəzi Bankı yanvarda valyuta ehtiyatlarının həcmini 70 milyon dollara qədər artırıb. Ekspress.az Mərkəzi Bankın statistik məlumatına əsasən xəbər verir ki, 2018-ci ilin dekabrında 5,622 milyard dollar olan ehtiyatların həcmi yanvarın sonunda 5,656 milyard dollara yüksəlib. Bir ay ərzində Mərkəzi Bank ehtiyatlarını 34milyon dollar və ya 0,64 faiz artıb.


2018-ci ilin yanvarı ilə müqayisədə isə valyuta ehtiyatlarında artım daha böyükdür. Bir il əvvəl 5,381 milyard dollar olan ehtiyatlar 2019-cu ilin yanvarına kimi 275 milyon dollar və ya 5,11 faiz artıb.


  • SON XƏBƏR
  • TREND