“Azərbaycan Sənaye Korporasiyası” Müşahidə Şurasının üzvləri təyin edilib

10.06.2019 17:53
78
“Azərbaycan Sənaye Korporasiyası” Müşahidə Şurasının üzvləri təyin edilib

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. 


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin ediliblər:

 

İnam Kərimov–Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Xalid Əhədov–Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND