Xarici valyutada ən çox kredit nəqliyyat və rabitə sektoruna ayrılıb

04.02.2019 13:46
165
Xarici valyutada ən çox kredit nəqliyyat və rabitə sektoruna ayrılıb

2018-ci ilin nəticələrinə əsasən Azərbaycanda xarici valyutada ən çox kredit nəqliyyat və rabitə, daha sonra isə ticarət və xidmət sektorlarında ayrılıb.


Ekspress.az Mərkəzi Banka istinadən xəbər verir ki, nəqliyyat və rabitə sektorunda 1,168 milyard manat dəyərində xarici valyutada kredit ayrılıb. Kreditlərin 904 milyon manatı uzunmüddətli (o cümlədən 555 milyon manatı özəl sektora), 264 milyon manatı qısamüddətli (o cümlədən 185 milyon manatı özəl sektora) olub.


Ticarət və xidmət sektorunda isə 1,093 milyard manat dəyərində xarici valyutada kredit verilib. Kreditlərin 308,6 milyon manatı qısamüddətli (385,7 milyon manatı özəl sektora), 785 milyon manatı uzunmüddətli (719 milyon manatı özəl sektora) ayrlıb.

  • SON XƏBƏR
  • TREND