Bu gün “Atletiko” Madrid ilə “Yuventus” qarşılaşacaq

20.02.2019 11:30
241
Bu gün “Atletiko” Madrid ilə “Yuventus” qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinın daha iki oyunu keçiriləcək.

Ekspress.az xəbər verir ki, daha çox maraq kəsb edən oyunlardan biri Madriddə baş tutacaq. Burada “Atletiko” İtaliyanın “Yuventus” komandasını qəbul edəcək.


İkinci qarşılaşmada İngiltərə çempionu “Mançester Siti” ilə Almaniyanın “Şalke” komandası arasında olacaq. Oyun “Şalke”nin meydanında keçiriləcək.


Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşlər “CBC Sport” və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq.


Komandalar arasında cavab görüşləri martın 14-də keçiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND