Doğuş zamanı körpənin başını qopartdılar - Hindistanda

12.01.2019 11:05
73
Doğuş zamanı körpənin başını qopartdılar - Hindistanda

Hindistanda qeysəriyyə əməliyyatı zamanı faciə yaşanıb.


Ekspress.az  Medicina.az-a istinadən xəbər verir ki, insident Ramqarx şəhərində baş verib. Belə ki, dövlət xəstəxanalarından birində qeysəriyyə əməliyyatı zamanı ana bətnindən uşağın bədənini çxarıblar. Tibb qardaşı ginekoloqa ciftin ana bətnində qaldığını deyib. O cifti çıxarmağa çalışsa da, bacarmayıb. Daha sonra xəstə başqa xəstəxanaya köçürülüb.


Digər xəstəxanada xəstəni əməliyyat edən həkimlər körpənin başının ananın uşaqlığında qaldığını aşkaylayıblar. Bu barədə təcili olaraq polisə məlumat verilib və cinayət işi açılıb. 


Doğuşun həyata keçdiyi tibbi mərkəzin rəhbəri olan həkim Nahil Şarma bildirib ki, o, doğuşda iştirak etməyib. Xəstənin həyat yoldaşının bildirdiyinə görə doğuşda iştirak edən tibb qardaşları sərxoş olublar. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND