MTRŞ: Kabel yayımçıları xarici kanalları müqaviləsiz yayımlayır

26.02.2019 14:55
403
MTRŞ: Kabel yayımçıları xarici kanalları müqaviləsiz yayımlayır

“Kabel şəbəkəsi yayımçılarının xarici telekanalların yayımını müqaviləsiz həyata keçirməsinə hələ də təsadüf olunur”.


Ekspress.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev deyib. Onun sözlərinə görə, belə hallarla bağlı xarici telekanalların müraciəti əsasında xəbərdar olurlar.


“Bu zaman Şura olaraq, dərhal bu məsələni kabel şəbəkəsi yayımçısının rəhbərliyinin diqqətinə çatdırırıq. Yox, əgər bu hal davam edərsə, o zaman qanuna uyğun tədbir görülür (ONA). Məlumat üçün bildirim ki, Azərbaycanda 17 kabel şəbəkəsi yayımçısı, 28 İP televiziya yayımçısı fəaliyyət göstərir”, - deyə Aparat rəhbəri qeyd edib.


Ekspress.az

Açar sözlər: