Milli Məclis Xəzərlə bağlı sənədləri təsdiqlədi

12.02.2019 13:54
38
Milli Məclis Xəzərlə bağlı sənədləri təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında” və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub.


Ekspress.az -ın məlumatına görə, layihələrlə bağlı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.


Bildirilib ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND