Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər

13.04.2019 14:08
105
Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər

Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.


"Bakı Metropoliteni" QSC-nin sədr müavini 

Hidayət Məmmədov bildirib.


Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni

maşinistlərdən başlanılıb.


"Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək (report). İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır",- sədr müavini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND